Türkiyə Ramazanda da bağlanır - Yeni qadağalar gəlir

© AP Photo / Emrah GurelСитуация в связи с эпидемиологической обстановкой в Турции
Ситуация в связи с эпидемиологической обстановкой в Турции - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Abunə olmaq
Türkiyə Respublikasında son 24 saatda 38 min 553 yeni koronavirusa yoluxma halı qeydə alınıb, 347 nəfər ölüb.

BAKI, 26 aprel — Sputnik. Türkiyədə Ramazan bayramında, yəni 12,13, 14 və 15 may tarixlərində küçəyə çıxma qərarı verilə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu qərarın bu gün keçiriləcək Türkiyə Nazirlər Kabinetinin iclasında veriləcəyi gözlənilir.

Qadağanın Türkiyənin 81 vilayətində tətbiq olunacağı gözlənilir.

Qeyd edək ki, Türkiyədə son 24 saatda 38 min 553 yeni koronavirusa yoluxma halı qeydə alınıb, 347 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 147,1 milyonu keçib, 3,10 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0