08:11 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Heç bir güc digər ölkələr tərəfindən seçilən yolu inkar edə bilməz və heç bir ölkə digərlərinin simpatiya və antipatiyalarına müvafiq olaraq öz sistemini dəyişməyəcək.

BAKI, 24 aprel — Sputnik. Demokratiya – "Coca Cola" deyil, Birləşmiş Ştatlar bütün dünyanı onların yaratdığı dadda olmağa məcbur edə bilməz. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ ABŞ-la münasibətlər üzrə Şuranın nümayəndələri ilə videokonfrans zamanı bildirib.

"Heç bir güc digər ölkələr tərəfindən seçilən yolu inkar edə bilməz və heç bir ölkə digərlərinin simpatiya və anti-patiyalarına müvafiq olaraq öz sistemini dəyişməyəcək. Biz heç vaxt xarici modelləri qəbul etmirik, öz ideologiyamızı ixrac etmirik və digər ölkələrdən Çinin metodlarını köçürməyi tələb etmirik", - deyə Van İ qeyd edib.

Onun sözlərinə görə, bunun əvəzində Çin, ölkələri milli şərtlərinə və insanların ehtiyaclarına uyğun bir inkişaf yolu izləməyə, bir-birlərinə hörmət etməyə və öyrənməyə çağırır.

Əsas mövzular