Qeyri-islam dini icmalarında din xadimlərinin təyinatı necə olacaq?

© REUTERS / Siphiwe SibekoЦерковь Пресвятой Богородицы, фото из архива
Церковь Пресвятой Богородицы, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
Dəyişikliyə görə, dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandıracaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna beşinci – doqquzuncu hissələr əlavə edilir.

Həmin əlavəyə görə, Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmalarında din xadimlərinin təyinatını dini icmanın təqdimatı əsasında tabe olduqları dini mərkəz (idarə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirəcək.

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmasının tabe olduğu dini mərkəz (idarə) olmadıqda, din xadimlərinin təyinatını dini icma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirəcək.

İslam dini icmaları yalnız təmsil etdikləri dinə aid ibadət yerlərində və ziyarətgahlarda yaradılacaq.

Dini icması yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara dini mərkəz (idarə) tərəfindən bu qanunla müəyyən olunmuş qaydada din xadimləri təyin edilə bilər.

Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

Xəbər lenti
0