10:01 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
35

"Vətəndaşlara dələduz "alıcıların" əsasən xarici "Whatsapp" nömrələri ilə göndərdiyi belə səhifələrə girməmələri tövsiyə olunur".

BAKI, 23 aprel — Sputnik. "Diqqət! Dələduzların alış-veriş səhifələrindən vətəndaşların əlaqə vasitələrini ələ keçirərək onları aldadan və kart məlumatlarını ələ keçirmək üçün istifadə etdikləri növbəti səhifə ifşa olundu". Bu barədə Sputnik Azərbaycan-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Məlumata görə, dələduzlar aşağıdakı tipli veb-sayt yaradaraq vətəndaşları aldatmağa çalışır:

https://azerdostavka.shop/tracks/1684209367

"Vətəndaşlara dələduz "alıcıların" əsasən xarici "Whatsapp" nömrələri ilə göndərdiyi belə səhifələrə girməmələri tövsiyə olunur!" - deyə açıqlamada qeyd olunub.

Əsas mövzular