Daha bir avtobusda gediş haqqı kartla ödəniləcək

© Baku Transport AgencyПлатежная карта BakıKart, фото из архива
Платежная карта BakıKart, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Abunə olmaq
Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

BAKI, 21 aprel — Sputnik.

Aprelin 23-dən etibarən 119 nömrəli marşrut xətti ( "Memar Əcəmi" m/s –Xırdalan şəhəri (O.Sarıvəlli küç.,)) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyat Agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, bununla da gün ərzində orta hesabla 20.000 nəfərdən artıq sərnişinin rahat daşınması təmin olunacaq. Bütün digər xidmət sahələrində olduğu kimi sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 53%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir. İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Xəbər lenti
0