"COVID təyyarəsi": 47 sərnişinin koronavirus testi pozitiv çıxdı

© pixabay / ty_yangПассажиры на борту самолета, фото из архива
Пассажиры на борту самолета, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.04.2021
Abunə olmaq
Testlərin nəticəsi məlum olduqdan sonra Honq-Konq Hindistandan gələn bütün təyyarələrə qadağa qoyub.

BAKI, 20 aprel — Sputnik. Hindistanın paytaxtı Yeni Dehlidən Honq-Konqa uçan təyyarədəki 68 sərnişindən 47-sinin koronavirus testi pozitiv çıxıb. Sputnik Azərbaycan bu barədə Türkiyənin NTV kanalına istinadla məlumat yayıb. Xəbərdə bildirilir ki, testlərin nəticəsi məlum olandan sonra Honq-Konq Hindistandan gələn bütün təyyarələrə qadağa qoyub.

Çin Xalq Respublikasının xüsusi statusa malik Honq-Konq bölgəsinin rəhbərliyi Mumbaydan gələn təyyarələrdə də bir neçə yoluxma halının aşkarlandığını bildirib.

Qeyd edək ki, COVID-19-un ilk aşkarlandığı bölgələrdən biri olan Honq-Konqda indiyə kimi koronavirusa 11 min 696 yoluxma halı qeydə alınıb və ən az 205 nəfər həyatını itirib.

Hindistan isə son dövrdə koronavirusa yoluxma və ölüm hallarına görə rekord vurub. Ölkədə gündəlik aparılan hər üç testdən biri pozitiv çıxır.

Ümumilikdə Hindistanda bu günə kimi qeydə alınan yoluxma halı 15 milyonu keçib, ölənlərin sayı isə 180 min nəfərə çatıb.

Xəbər lenti
0