Türkiyədə böyük əməliyyat – Terror aktının qarşısı alındı

© AFP 2023 / YASIN AKGULTürk polisi, arxiv şəkli
Türk polisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.04.2021
Abunə olmaq
Məlumata əsasən MİT və Polis İdarəsi terror təşkilatının üzvlərinə qarşı gecə saatlarında İstanbulun dörd rayonunda 8 fərqli ünvanda eyni zamanda əməliyyat keçirib.

BAKI, 20 aprel — Sputnik. Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsi İŞİD-ə qarşı əməliyyat keçirib. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Məlumata əsasən, MİT və Polis İdarəsi terror təşkilatının üzvlərinə qarşı gecə saatlarında İstanbulun dörd rayonunda 8 fərqli ünvanda eyni zamanda əməliyyat keçirib.

Əməliyyat zamanı Türkiyədə terror aktı törətməyi planlaşdıran xarici vətəndaş olan 14 İŞİD üzvü saxlanılıb. Əməliyyatın keçirildiyi ünvanlarda xeyli sayda ekstremist ədəbiyyat və rəqəmsal material aşkarlanıb.

Xəbər lenti
0