19:21 18 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
5510

Hətta şayiələr o yerə gəlib çatıb ki, azərbaycanlıların Xankəndidən erməni qızlarını Azərbaycanın nəzarəti altında olan yerlərə apardıqları barədə söz-söhbət də yayılıb.

BAKI, 19 aprel — Sputnik. Son günlər Ermənistanda azərbaycanlıların Xankəndinə gəlmələri barədə xəbərlər yayılıb. Bu xəbərlərdən qorxuya düşən ermənilər məsələni parlamentdə müzakirəyə çıxarıblar. Bu barədə Sputnik Ermənistan məlumat yayıb. Separatçı rejimin Fövqəladə Hallar Xidmətinin direktor müavini Boris Avakyan Ermənistan parlamentində çıxış edərkən bildirib ki, azərbaycanlıların Xankəndidə gəzməsi, mağazalardan alış-veriş etməsi ilə bağlı xəbərlər ağ yalandır.

"Həftədə üç-dörd dəfə Yerevandan Xankəndiyə gedən hər kəs bunun sadəcə feyk xəbər olduğunu bilir", – deyə o, əlavə edib.

Avakyanın sözlərinə görə, hətta şayiələr o yerə gəlib çatıb ki, azərbaycanlıların Xankəndidən erməni qızlarını Azərbaycanın nəzarəti altında olan ərazilərə apardıqları barədə söz-söhbət də yayılıb.

Avakyan bildirib ki, hüquq-mühafizə orqanları bu cür məlumatlar yayan insanlarla ciddi şəkildə məşğul olmalıdır.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Əsas mövzular