07:48 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Aparılan araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib.

BAKI, 18 aprel - Sputnik. Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilən ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Əsas mövzular