Qubada iki ölkənin qardaşlığına həsr olunmuş park salınır

© © Photo: REPORTQubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkının tikintisi
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkının tikintisi - Sputnik Azərbaycan, 1920, 17.04.2021
Abunə olmaq
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkının ümummilli lider Heydər Əliyevin doğum günündə - mayın 10-da açılacağı nəzərdə tutulub.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Həftənin əvvəlindən Quba şəhərində Azərbaycan-Türkiyə qardaşlıq parkının inşasına başlanılıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, şəhərin mərkəzində - Əliqulu Nərimanov küçəsində inşa edilən park Qubada iki ölkənin qardaşlığını və dostluğunu təcəmm etdirəcək. Parkın ümumi sahəsi 2000 kvadrat metrdən çoxdur. Parkın mərkəzində Azərbaycan-Türkiyə qardaşlığını və dostluğunu əks etdirəcək möhtəşəm abidə olacaq. Abidənin müəllifi, heykəltəraş Şıxəli Təhməzov deyir ki, abidənin iki əldə palıd ağacının kök atmasını əks etdirən görüntülənəcək ki, bu da Türkiyə ilə Azərbaycanın çox qədim qardaşlığının rəmzi nümunəsi olacaq.

© Sputnik / Leyla Abdullayeva
 Azərbaycan - Türkiyə qardaşlıq parkının inşası - Sputnik Azərbaycan
1/3
© Sputnik / Leyla Abdullayeva
 Azərbaycan - Türkiyə qardaşlıq parkının inşası - Sputnik Azərbaycan
2/3
© Sputnik / Leyla Abdullayeva
 Azərbaycan - Türkiyə qardaşlıq parkının inşası - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Qardaşlıq parkına ümummilli lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, dövlət başçıları İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla Türkiyənin necə dost və qardaş olmalarına dair qiymətli kəlamları həkk ediləcək.

Bu gün Quba İH başçısı Ziyəddin Əliyev Azərbaycan bölgələri arasında ən möhtəşəm qardaşlıq parkı olacaq yeni parkın ərazisində olub, tikinti işləri ilə maraqlanıb, tapşırıqlarını və tövsiyələrini verib. Ziyəddin Əliyev bu parkın qubalılar üçün ən gözəl istirahət guşəsi kimi, iki ölkə arasında sıx dostluğun bariz nümunəsi kimi sakinlərin daimi ziyarət yeri olacağını deyib.

Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkının ümummilli lider Heydər Əliyevin doğum günündə - mayın 10-da açılacağı nəzərdə tutulub.

Xəbər lenti
0