Qarabağın yenidən inşasına məsul olan qurum məyyənləşdi

© Photo : REPORTКабинета Министров Азербайджанской Республики, фото из архива
Кабинета Министров Азербайджанской Республики, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını hazırlayacaq qurum müəyyənləşib.

BAKI, 16 aprel - Sputnik. Nazirlər Kabineti “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda dəyişiklik edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 259-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Şəhərsalma əsaslandırılması yerli icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin sifarişi əsasında onların verdikləri layihə tapşırığına uyğun olaraq layihəçi tərəfindən yerinə yetirilir.

Tikinti niyyətini həyata keçirmək istəyən sifarişçinin istədiyi hallarda və onun müstəqil müraciəti əsasında şəhərsalma əsaslandırılmasının yerinə yetirilməsi layihəçiyə sifariş edilir. Bu zaman layihə tapşırığı da tikinti niyyətini həyata keçirmək istəyən sifarişçi tərəfindən verilir.

Qərara əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılması üçün Qaydaların 2.3-cü bəndində göstərilən layihə tapşırığının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmasına yol veriləcək, bu hallarda şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında tərtib ediləcək və həmin sənədlərin hazırlanması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 24.2-ci maddəsinə uyğun olaraq dövlət vəsaiti hesabına maliyyələşdiriləcək.

Xəbər lenti
0