14:30 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
Yeni tip koronavirus pandemiyası (685)
5801

"Biz bilməliyik ki, COVID-19 bütün dünyada yayılmağa davam edir, beynəlxalq mənzərə yüksək qeyri-müəyyənlik və qeyri-sabitliklə əlaqədar qarışıqdır".

BAKI, 16 aprel — Sputnik. Çin iqtisadiyyatı 2021-ci ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə rekord həcmdə - 18,3 faiz böyüyüb. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, bu, Çində rüblük qeydlərin aparılmağa başladığı dövrdən (1992-ci ildən) bəri ümumi daxili məhsula dair (ÜDM) ən böyük sıçrayışıdır.

"Reuters"in ekspertlər arasında keçirdiyi sorğuda isə proqnozların 19% civarında olacağı proqnozlaşdırılırdı.

Qeyd edək ki, 2020-ci ilin birinci rübündə COVID-19 pandemiyası ilə bağlı Çində tətbiq edilən məhdudiyyətlərlə bağlı bu ölkənin iqtisadiyyatında 6,8% azalma qeydə alınmışdı.

"Milli iqtisadiyyat yaxşı start götürüb", - deyə Çinin Milli Statistika Komitəsinin birinci rübə dair hesabatında bildirilir.

Lakin qurum eyni zamanda qeyd edib ki, COVID-19 pandemiyası hələ də dünyada yayılır: "Biz bilməliyik ki, COVID-19 bütün dünyada yayılmağa davam edir, beynəlxalq mənzərə yüksək qeyri-müəyyənlik və qeyri-sabitliklə əlaqədar qarışıqdır".

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 138,8 milyonu keçib, 2,98 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci il fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Mövzu:
Yeni tip koronavirus pandemiyası (685)
Teqlər:
artım, iqtisadiyyat, Çin, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular