Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada 70-dən artıq terror aktının qarşısı alınıb

© Photo : Federal Security Service of Russian Federation / Mediabanka keçidСотрудники ФСБ РФ, фото из архива
Сотрудники ФСБ РФ, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.04.2021
Abunə olmaq
Ötən ilin dekabr ayında Rusiyanın antiterror komitəsi 2020-ci ildə 41 terror aktının qarşısının alındığını bildirmişdi.

BAKI, 15 aprel — Sputnik. Rusiya xüsusi xidmət orqanları iki il ərzində ölkədə 78 terror aktının qarşısını alıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB Parlamentlərarası Assambleyası çərçivəsində baş tutan Beynəlxalq Konfransda bildirib.

"Son iki il ərzində Rusiya xüsusi xidmət orqanları və hüquq mühafizə orqanları tərəfindən 78-i terror aktı olmaqla 129 cinayətin qarşısı alınıb", - deyə Bortnikov qeyd edib.

Ötən ilin dekabr ayında Rusiyanın Antiterror Komitəsi 2020-ci ildə 41 terror aktının qarşısının alındığını bildirmişdi.

Xəbər lenti
0