11:52 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
9 0 0

Daha əvvəl "Bloomberg" agentliyi vəziyyətlə tanış olan mənbələrinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar "SolarWinds" vasitəsi ilə seçkilərə müdaxilə və kiberhücumlara görə

BAKI, 15 aprel — Sputnik. ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı addımları Avropadan olan müttəfiqləri ilə koordinasiya edir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "CNN" telekanalı vəziyyətlə tanış olan, adı çəkilməyən mənbəyə istinadən xəbər verir.

"ABŞ Administrasiyası gözlənildiyi kimi, Rusiyaya qarşı tədbirləri qəbul edəcək və avropalı müttəfiqlərlə öz addımlarını koordinasiya edir", - deyə mənbə telekanala bildirib.

Qeyd edək ki, daha əvvəl "Bloomberg" agentliyi vəziyyətlə tanış olan mənbələrinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar "SolarWinds" vasitəsi ilə seçkilərə müdaxilə və kiberhücumlara görə on Rusiya diplomatını ölkədən qovacaq, həmçinin Rusiyanın 12 vətəndaşı və 20 şirkətinə qarşı sanksiya tətbiq edəcək.

Nəşr mənbəyə istinadən xəbər verir ki, Vaşinqton bu tədbirlərin tətbiqini artıq cümə axşamı elan edə bilər. Mənbə qeyd edir ki, ABŞ-ın sanksiya tətbiq etməyə hazırlaşdığı şəxslər arasında Rusiya hökuməti və kəşfiyyatında vəzifəli şəxslərin də adı var.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında hakerlər "SolarWinds" kompüter təhlükəsizliyi şirkətinin müştərilərinin elektron məlumatlarına hücum həyata keçirib. ABŞ həmin hücumda Rusiyanı ittiham edib. Vaşinqtonda bildiriblər ki, ABŞ-ın hökumət idarələrinin də məruz qaldığı hücumun məqsədi kəşfiyyat məlumatlarının əldə olunması olub. Lakin hücumun təşkilatçıları "həssas məlumatları" əldə edə bilməyiblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən kiberhücumların Moskvaya aidiyyətinin olmadığını bildirib. Rusiya XİN rəsmisi Mariya Zaxarova isə ABŞ-ın Amerika federal idarələrinin elektron məlumatlarına kütləvi haker hücumlarında Rusiyanın əlinin olması ilə bağlı ittihamlarını əsassız adlandırıb.

Əsas mövzular