12:13 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
22 0 0

Kənd sakini: "Gecə saatlarında qəfildən kəndin üzərinin qırmızı rəngə boyandığını gördük. Elə bildik qamışlıq yanır. Sonra qonşular dedi ki, yanan cücə sexidir".

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Yevlaxda gecə saatlarında baş verən yanğın zamanı 53 yaşlı qadın yanaraq dünyasını dəyişib. Dəhşətli hadisə ötən gecə rayonun Aşağı Bucaq kəndindəki cücə sexində baş verib.

Sakinlər bildirib ki, qəfildən göyün üzünün qırmızı alova büründüyünü görüblər. Əvvəlcə qamışlığın yandığını zənn etsələr də, sonradan cücə sexinin alovlandığını görüblər. Güclü yanğın tez bir zamanda ətrafa yayıldığından hadisə yerinə yanğınsöndürənlər çağırılıb.

Kənd sakini Buğda Allahverdiyevin Sputnik Azərbaycan-a bildirdiyinə görə, yanğın zamanı obyektdən hər hansı əşya çıxarmaq mümkün olmayıb. Həmçinin sexin işçisi Səidə Hüseynova da yanaraq dünyasını dəyişib:

"Gecə saatlarında qəfildən kəndin üzərinin qırmızı rəngə boyandığını gördük. Elə bildik qamışlıq yanır. Sonra qonşular dedi ki, yanan cücə sexidir. Yanğınsöndürənləri çağırdıq. Çox çətinliklə söndürdülər. Heç nə çıxarmaq mümkün olmadı. Apartlar, yumurtalar, hər şey yanıb yararsız hala düşüb."
  • Yevlaxda Aşağı Bucaq kəndində
    © Sputnik / Rahim Mammadov
  • Yevlaxda Aşağı Bucaq kəndində
    © Sputnik / Rahim Mammadov
  • Yevlaxda Aşağı Bucaq kəndində
    © Sputnik / Rahim Mammadov
  • Yevlaxda Aşağı Bucaq kəndində
    © Sputnik / Rahim Mammadov
1 / 4
© Sputnik / Rahim Mammadov
Yevlaxda Aşağı Bucaq kəndində

Qeyd edək ki, yanğın zamanı ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ona bitişik ümumi sahəsi 520 m² olan cücə sexinin yanar konstruksiyaları 360 m² sahədə yanıb. Həmçinin orada olan aparatlar, xeyli yumurta yanaraq yararsız hala düşüb. Yanğın hadisəsinin hansı səbəbdən baş verdiyi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Əsas mövzular