Nazirlik texniki baxışla bağlı qaynar xətt yaratdı

© Official website of President of Azerbaijan RepublicОсмотр автомобиля, фото из архива
Осмотр автомобиля, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.04.2021
Abunə olmaq
"İstənilən sürücü bu nömrəyə zəng vurmaqla lazım olan məlumatları ala bilər", - Daxili İşlər Nazirliyi.

BAKI, 15 aprel — Sputnik. Daxili İşlər Nazirliyi ölkədə nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı qaynar xətt yaradıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, 012 511 08 40 nömrəli qaynar xətt sürücülərin bu məsələ ilə bağlı suallarını cavablandırmaq üçündür:

"Məqsəd sürücülərə idarə etdikləri nəqliyyat vasitələri, onların texniki baxışdan keçməsi müddətinin vaxtı, ödənilməyən cərimə borclarının olub-olmaması və sairə məsələlər barədə məlumatların vaxtında verilməsidir. İstənilən sürücü bu nömrəyə zəng vurmaqla lazım olan məlumatları ala bilər".

Xəbər lenti
0