CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altı nəfər xilas edilib, bir nəfərin meyiti tapılıb

© AP Photo / Jorge SaenzМорг, фото из архива
Морг, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

BAKI, 14 aprel — Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Sputnik Azərbaycan-ın FHN-ə istinadən xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 6 nəfər xilas edilib, mənzildə 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, 9 aprel 2021-ci il tarixində Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində batmış 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti
0