07:25 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
332 0 0

"Bu və ya digər halda bu qərarın mənfi nəticələri olacaq. Mən bu qərarın siyasi olduğunu düşünmürəm. Biz uçuşların bərpası üzərində işləyirik"

BAKI, 14 aprel — Sputnik. Türkiyə Rusiyanın bu ölkəyə aviareyslərin məhdudlaşdırılması ilə bağlı qərarının siyasi olduğunu düşünmür. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Bu və ya digər halda bu qərarın mənfi nəticələri olacaq. Mən bu qərarın siyasi olduğunu düşünmürəm. Biz uçuşların bərpası üzərində işləyirik", - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, aprelin 12-si Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsini məhdudlaşdırdığını elan edib.

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Rusiya adı çəkilən iki ölkə ilə çarter reyslərini məhdudlaşdırmağa qərar verib.

Hökumət rəsmisi Rusiyanın bu ölkələrlə 1,5 aylıq müddətə, aprelin 15-dən iyunun 1-nə kimi həm müntəzəm, həm də çarter reyslərini məhdudlaşdırdığını açıqlayıb.

Əsas mövzular