Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kadırov: "Navalnıya Qurani-Kərim yalnız bir şərtlə verilə bilər"

© Sputnik / Said Tsarnaev / Mediabanka keçidРамзан Кадыров, фото из архива
Рамзан Кадыров, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
"Hicablı müsəlman qadınları "vəhşi" adlandıran, məscidlərin tikilməsinə qarşı etiraz aksiyalarında iştirak edən insan indi bu cür ucuz yollarla müsəlmanların rəğbətini qazanmağa çalışır"

BAKI, 14 aprel — Sputnik. Çeçen Respublikasının lideri Ramazan Kadırov bloger Aleksey Navalnının həbsxanada Qurani-Kərim istəməsinə sərt reaksiya verib. Sputnik Azərbaycan-ın Rusiya mediasına istinadla yaydığı məlumata görə, Kadırov bu addımı müsəlmanların dini inancından siyasi məqsədlərlə istifadə kimi qiymətləndirib.

"Navalnıya müqəddəs Qurandan danışmağa kim icazə verib. Aydın məsələdir ki, bu islamafob müqəddəs kitabdan özünün siyasi məqsədləri üçün istifadə etməyə çalışır və mütləq orada əks olunan fikirlərdən təxribat məqsədilə yararlanacaq. Avropada bunu etməyi çoxdan öyrəniblər", – deyə Kadırov vurğulayıb.

Çeçen liderinin fikrincə, Navalnıya yalnız bir şərtlə Qurani-Kərim verilə bilər, əgər o, müsəlman olub tövbə edərsə.

"Hicab geyinən müsəlman qadınları orta əsrlərdən qalmış "vəhşilər" adlandıran, məscidlərin tikilməsinə qarşı etiraz aksiyalarında iştirak edən insan indi bu cür ucuz yollarla müsəlmanların rəğbətini qazanmağa çalışır", – deyə Kadırov qeyd edib.

Xatırladaq ki, bir qədər bundan əvvəl həbsdə olan məşhur bloger Aleksey Navalnı ona Quran kitabı verməkdən imtina etdikləri üçün koloniya rəhbərliyindən məhkəməyə şikayət edəcəyini bildirmişdi.

Xəbər lenti
0