21:28 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
6

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

BAKI, 14 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 13-də respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Daxili İşlər Nazirliyinin polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan 3 nəfər tibbi prosedurlar gözlənməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyətləri nisbətən ağır olan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

Əsas mövzular