04:23 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
7

İstanbuldan Çikaqoya gedən Erdem uçuş zamanı spirtli içki içib. Bundan sonra tez-tez sifarişlər verib və onunla gec maraqlanan stüardessalarla kobud rəftar edib.

BAKI, 14 aprel — Sputnik. Türkiyəli müğənni Mehmet Erdemin ABŞ-a uçduğu təyyarədə çətin anlar yaşanıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbuldan Çikaqoya gedən Erdem uçuş zamanı spirtli içki içib. Bundan sonra tez-tez sifarişlər verib və onunla gec maraqlanan stüardessalarla kobud rəftar edib. Müğənninin sənətinə yaraşmayan davranışlarla işçiləri təhqir etdiyi və onlara fiziki güc tətbiq etdiyi bildirilir.

Qeyd olunur ki, müğənni uçuş boyu davranışları ilə sərnişinlərə qorxulu anlar yaşadıb.

Əsas mövzular