14:23 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
187 0 0

Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

BAKI, 13 aprel - Sputnik. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Belarus Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Belarus liderinin ikigünlük proqramı olduqca zəngindir. Belə ki, Aleksandr Lukaşenkonun İlham Əliyevlə iki görüş keçirəcəyi gözlənilir.

© Photo : AZƏRTAC
Belarus Respublikasının Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

İlk görüş Lukaşenkonun Bakıya gəlişindən dərhal sonra baş tutacaq. Qeyri-formal görüşdə Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və strateji əməkdaşlıq məsələlərini müzakirə edəcək.

İkinci danışıqların rəsmi hissəsi çərşənbə günü planlaşdırılır. Görüş həm məhdud tərkibdə, həm də geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək. Tərəflər ticari-iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə xüsusi diqqət ayıracaq.

Tərəflərin danışıqların yekununa dair bir sıra sənədləri imzalayacağı gözlənilir.

Əsas mövzular