CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Umayra Tağıyeva gənc kadrları işə dəvət edir: Hava ilə bağlı yeni sistem yaradılacaq

© Photo : Report / Firi Salim Умайра Тагиева
Умайра Тагиева - Sputnik Azərbaycan, 1920, 13.04.2021
Abunə olmaq
Umayra Tağıyeva deyib ki, rəqəmli modellərin tətbiqi bir tələb olaraq hidrometeoroloqlarla bərabər, fizika, riyaziyyat və İT sahəsində bilikləri olan mütəxəssislərin fəaliyyət göstərməsini şərtləndirir.

BAKI, 13 aprel — Sputnik. ETSN-in hidrometeorologiya sahəsinin modernləşdirilməsi, ölkədə dövlət investisiyaları çərçivəsində ən müasir texnologiyalar tətbiq olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O, bildirib ki, hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var:

"İstər atmosferdə baş verən dəyişiklikləri izləyən ən müasir dopler radarlarından istifadə, istərsə də yaxın gələcəkdə ölkədə erkən xəbərdarlıq sisteminin yaradılması ilə bağlı yeni biliklərə malik olan gənc mütəxəssislərin bizim sahəyə gəlməsi vacibdir. Buna görə də kadr potensialının artırılmasına yönələn işlərin görülməsi prioritetimizdir. Burada həm Türkiyə Meteorologiya Nazirliyinin, həm Avropa İttifaqı və BMT-in dəstəyi ilə müxtəlif layihələr çərçivəsində təlimlərin keçirilməsi mütəmadi şəkildə təşkil olunacaq".

Umayra Tağıyeva əlavə edib ki, rəqəmli modellərin tətbiqi bir tələb olaraq hidrometeoroloqlarla bərabər, fizika, riyaziyyat və İT sahəsində bilikləri olan mütəxəssislərin fəaliyyət göstərməsini şərtləndirir.

"Ümid edirik ki, ümumiyyətlə hava proqnozunun hazırlanması prosesinin nə dərəcədə maraqlı olduğunu nəzərə alaraq, gənclərin hidrometeorologiya sahəsinə yönəlməsini təmin edə biləcəyik", - o, deyib. 

Xəbər lenti
0