Otuz beş min abonentin təbii qaza olan tələbatını təmin etmək üçün təmir işləri aparılır

© Sputnik / Murad OrujovГазовая конфорка, фото из архива
Газовая конфорка, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.04.2021
Abunə olmaq
Dilarə Əliyeva küçəsindən başlayaraq Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən Neftçilər prospektinədək istismar müddəti başa çatmış qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.

BAKI, 12 aprel — Sputnik. Paytaxtın Nəsimi rayonunda 35 min abonentin təbii qaza olan tələbatını fasiləsiz və təhlükəsiz şəkildə təmin etmək məqsədilə təmir işləri aparılır. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Dilarə Əliyeva küçəsindən başlayaraq Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən Neftçilər prospektinədək istismar müddəti başa çatmış qaz xəttinin yenilənməsi işləri həyata keçirilir. Diametri 530 mm olan polad boru ilə çəkilmiş qaz xətti uzunluğu 800 metr, diametri 400 mm olan polietilen boru ilə əvəzlənir. İşin həcmi böyük olduğundan təmir işi gedən əraziyə çox sayda maşın-mexanizmlər, işçi qüvvəsi cəlb olunub. Qaz xətlərinin yenilənməsi işlərini “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi icra edir. İşin həcmi böyük olduğundan təmir-tikinti prosesinin aprel ayının sonunadək davam edəcəyi gözlənilir.

 

Xəbər lenti
0