CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabirabadlı qadının əri tərəfindən qəsdən öldürülməsinə şübhələr müəyyən edilib

© Sputnik / Tabyildyi KadyirbekovНасилие
Насилие - Sputnik Azərbaycan, 1920, 12.04.2021
Abunə olmaq
Eyvaz Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

BAKI, 12 aprel — Sputnik. 2 sentyabr 2020-ci il tarixdə rayon sakini Məmmədova Təranə Həmid qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Sabirabad rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Bu barədə Sabirabad rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin əri Məmmədov Eyvaz Xeyrulla oğlunun qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək Təranə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyvaz Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti
0