CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yevlaxda müəllim və laborant virusa yoluxdu,məktəb distant təhsilə keçdi

© Sputnik / Rahim Mammadov7 nömrəli məktəb
7 nömrəli məktəb - Sputnik Azərbaycan, 1920, 12.04.2021
Abunə olmaq
"Yoluxma qeydə alınan Nizami Gəncəvi adına 7 saylı orta məktəbdə 1185 şagird təhsil alır, 131 müəllim isə dərs tədris edir"

 

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Son günlər koronavirusa yoluxma halları artdığından bir neçə rayon və şəhərdə orta məktəblər bağlanıb. Yoluxma hallarının qarşısını almaq üçün təhsil ocaqlarında tədris müvəqqəti olaraq dayandırılıb. Sputnik Azərbaycan xəbər verir ki, Yevlaxın ən böyük təhsil ocaqlarından biri olan 7 saylı orta məktəbdə də dərslər distant formaya keçirilib. Təhsil ocağında bir müəllim və bir laborantda koronovirus testi müsbət çıxdığından əyani tədris dayandırılıb.

Dahi Nizami Gəncəvinin adını daşıyan orta məktəbdə 1185 şagird təhsil alır, 131 müəllim isə həmin şagirdlərə dərs tədris edir. Yevlax rayon Təhsil Şöbəsinin məsləhətçisi Ümidvar Məmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, orta məktəbdə dərslər 2 həftə ərzində distant formada keçiriləcək:

© Sputnik / Rahim MammadovYevlax rayon Təhsil Şöbəsinin məsləhətçisi Ümidvar Məmmədov
Yevlaxda müəllim və laborant virusa yoluxdu,məktəb distant təhsilə keçdi - Sputnik Azərbaycan, 1920, 12.04.2021
Yevlax rayon Təhsil Şöbəsinin məsləhətçisi Ümidvar Məmmədov

"Aprel ayının 8-dən etibarən 7 saylı orta məktəbdə distant tədrisə keçilib. Pedoqoji heyətdə koronovirusa yoluxma faktı qeydə alınıb. Orta məktəbdə yoluxma hallarının artmaması üçün məktəb bağlanıb. Bundan sonra təhsil ocağında dezinfeksiya işləri aparılıb. Hazırda distant olaraq, dərslər davam etdirilir".

Ü.Məmmədov onu da qeyd edib ki, orta məktəb müəllimlərinin vaksinasiya işləri də sürətlə aparılır. Bu günə qədər təhsil işçilərinin böyük əksəriyyəti koronovirus əlehinə peyvənd edilib.

Ölkə üzrə tədris bərpa edildikdən sonra ilk dəfə olaraq Yevlaxda fəaliyyət göstərən bir orta məktəbdə dərslər distant formada keçirilir. Rayonun digər təhsil müəssələrində əyani tədris davam edir.

Xəbər lenti
0