17:25 18 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
7 0 0

Polislər tərəfindən mərasimi təşkil edən Saday Şıxəliyev və iştirakçılar barəsində qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 12 aprel — Sputnik. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən fərdi yaşayış evində toy mərasiminin keçirilməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb. Polislər tərəfindən mərasimi təşkil edən Saday Şıxəliyev və iştirakçılar barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

Əsas mövzular