21:30 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də artıq bir həftədir ki, koronavirusa yoluxub. O, evdə müalicə alır.

BAKI, 12 aprel — Sputnik. Azərbaycan Milli Konservatoriyasında dərslərin distant formada keçirilməsi qərara alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, buna səbəb ali məktəbin rektor və əməkdaşları arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov bildirib ki, müəllim və tələbələr arasında koronavirus testi pozitiv çıxanlar var. Dərslər iki həftə ərzində distant formada davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də artıq bir həftədir ki, koronavirusa yoluxub. O, evdə müalicə alır.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular