COVID-19 xəstəsi ictimai yerdə saxlanılıb

© AR Ministry of Internal AffairsYaşadığı ünvanı tərk edən koronavirus xəstəsi
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi - Sputnik Azərbaycan, 1920, 12.04.2021
Abunə olmaq
 Oğuzda COVID-19 xəstəsi ictimai yerdə saxlanılıb Oğuzda COVID-19 xəstəsi ictimai yerdə saxlanılıb Oğuzda COVID-19 xəstəsi ictimai yerdə saxlanılıb.

BAKI, 12 aprel — Sputnik. Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayon sakini Arif İsimxanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxs ictimai yerdə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

A.İsimxanov barəsində Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

 

Xəbər lenti
0