Narkotik tanınmış reper və aktyorun ömrünə son qoydu

© AP Photo / David GoldmanDMX
DMX - Sputnik Azərbaycan, 1920, 09.04.2021
Abunə olmaq
DMX kimi tanınan reper Erl Simmons "Romeo ölməlidir", "Açıq yaralar" və "Beşikdən qəbirədək" filmlərində baş rolu ifa edib.

BAKI, 9 aprel — Sputnik. Tanınmış amerikalı reper və aktyor DMX (Erl Simmons) vəfat edib.

Bu barədə Pitchfork nəşri musiqiçinin ailəsinə istinadən məlumat verir.

Aprelin 2-də DMX artıq dozada narkotik qəbulundan sonra xəstəxanaya çatdırılıb. Onun ürəyində problem yaranıb. Reper bir neçə gün xəstəxanada qaldıqdan sonra özünə gəlmədən ölüb.

DMX ABŞ-ın ən uğurlu rep musiqiçilərindən biri sayılır. Onu 1990-cı illər hip-hopunun ikonası adlandırırlar. Musuqiçinin 6 albomu Billboard 200 hit-paradında birinci olub. 20 ildən çox davam edən karyerası boyunca DMX 7 albom buraxıb və üç dəfə "Qremmi" nominantı olub.

O həmçinin bir neçə filmdə rol alıb. DMX "Romeo ölməlidir", "Açıq yaralar" və "Beşikdən qəbirədək" filmlərində baş rolu ifa edib.

Xəbər lenti
0