13:13 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Milli gözəllik müsabiqəsinin finalı televiziya ilə birbaşa efirdə yayımlanıb. Gözəllik tacına Puşpika De Silva layiq görülüb, lakin 2020-ci il müsabiqəsinin qalibi onun başından tacı çıxararaq başqa iştirakçının başına qoyub

BAKI, 9 aprel — Sputnik. Şri-Lanka polisi "Şri-Lanka gözəli" gözəllik müsabiqəsində baş vermiş çaxnaşmadan sonra keçmiş "Dünya gözəli"ni və daha bir qadını həbs edib. Sputnik Qırğızıstan-ın məlumatına görə, hadisə "Şri-Lanka gözəli - 2021" müsabiqəsi ölkə televiziyası ilə birbaşa yayımlandığı zaman baş verib. Puşpika De Silva rəsmən müsabiqənin qalibi elan edildikdən sonra 2020-ci il "Dünya gözəli" müsabiqəsinin qalibi Karolin Curi elə səndəcə qalibin başından tacı çıxararaq onu digər iştirakçının başına qoyub.

Curi deyib ki, De Silva "Şri-Lanka gözəli" ola bilməz. Çünki o həyat yoldaşından boşanıb, bu isə yarışmanın qaydalarına ziddir.

​Təşkilatçılar daha sonra hadisədən təəssüfləndiklərini bildirərək gözəllik tacını De Silvaya qaytarıblar. Onlar qeyd ediblər ki, De Silva müsabiqə qaydalarını pozmayıb. Belə ki, o həyat yoldaşından ayrılsa da, rəsmi olaraq boşanmayıb.

Hadisədən sonra polis Karolin Curi və ona tacı qalibin başından çıxarmaqda kömək edən Çulu Manemendrunu səhnədə baş verən çaxnaşma zamanı qalibi zədələməkdə ittiham edərək həbs edib. Lakin hər iki şəxs müəyyən girov müqabilində müvəqqəti olaraq həbsdən azad ediliblər.

Qeyd olunur ki, "Şri-Lanka gözəli" müsabiqəsi ölkədə yüksək statusa malikdir. Mükafatlandırma mərasimində ölkənin baş nazirinin xanımı da iştirak edib.

Əsas mövzular