Türkiyə ilə İtaliya arasında diplomatik qalmaqal böyüyür

© AP Photo / Emrah GurelФлаг Турции, фото из архива
Флаг Турции, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.04.2021
Abunə olmaq
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun: "İtaliya diktator görmək istəyirsə, öz tarixinə baxsın".

 

BAKI, 9 aprel — Sputnik. İtaliyanın Baş naziri Mario Draqinin Avropa İttifaqı (Aİ) nümayəndələrinin Türkiyəyə səfəri zamanı baş verən kreslo qalmaqalı ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına səsləndirdiyi fikirlər Ankarada sərt reaksiya doğurub. Türkiyənin NTV kanalının yaydığı xəbərə görə, dünən gecə saatlarında İtaliyanın Türkiyədəki səfiri Massimo Qaiani Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə Xarici İşlər Nazirliyindən bu barədə verilən açıqlamada bildirilir ki, qurum vəzifəyə təyinat yolu ilə gəlmiş Draqinin Avropada ən yüksək səslə seçilmiş lider olan Prezident Ərdoğan haqqında dediyi sözləri şiddətlə qınayır və belə hesab edir ki, bu addımın Türkiyə-İtaliya müttəfiqliyinə qətiyyən uyğun gəlmir "Odur ki Türkiyə-Aİ arasında formalaşmağa başlayan müsbət danışıqlar prosesini baltalamağa yönəlmiş bu çirkin ifadələrin dərhal geri götürülməsini istəyirik", – deyə açıqlamada vurğulanır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə "Twitter"-dəki paylaşımında "İtaliya Baş naziri Draqinin qəbuledilməz populist ritorikasını və seçki yolu ilə vəzifəyə gəlmiş Prezidentimiz haqqında çirkin, hədsiz ifadələrini şiddətlə qınayır və özünə qaytarırıq", – sözlərini yazıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop isə "Twitter" hesabındakı paylaşımında "İtaliyanın çarəsizlikdən Baş nazir elədiyi şəxsin çirkin sözlərini özünə qaytarırıq. Xam və səviyyəsiz siyasətçi ölkəsinin çiynində ağır yükdür", – ifadələrinə yer verib.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun öz sosial media hesabından məsələyə münasibət bildirərək italyan dilində "İtaliyanın vəzifəyə təyin olunmuş Baş naziri türk xalqının 52 faiz səsi ilə prezident seçilmiş hörmətli Rəcəb Tayyib Ərdoğana "diktator" deməklə həddini aşıb. Diplomatiyada yeri olmayan bu üslubu şiddətlə qınayırıq. Diktator görmək istəyən İtaliyanın tarixinə baxsın", - sözlərini yazıb.

Qeyd edək ki, İtaliyanın Baş naziri Ərdoğanla bağlı aşağıdakı ifadələri işlətmişdi: "Türk prezident Ərdoğanın davranışını qətiyyən qəbul etmirəm. Hesab edirəm ki, bu, tamamilə yersiz davranış idi. Avropa Komissyasının sədri Von der Leyenin bu şəkildə aşağılanmasına görə çox məyus oldum. Bu durumda onlara lazım olan qiyməti verib öz adları ilə çağırmalıyıq. Bu diktatorların iş birliyinə ehtiyacları var".

Xəbər lenti
0