"Azeri Light" markalı neftin qiyməti bahalaşdı

© AFP 2023 / KATIE SCHUBAUERНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива  - Sputnik Azərbaycan, 1920, 09.04.2021
Abunə olmaq
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 9 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,95 dollar artaraq 62,58 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,11 dollar geriləyərək 63,09 dollar, "Light" markalı neftin qiyməti isə 0,02 dollar artaraq 59,61 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbər lenti
0