14:30 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
1421 0 0

FHN-in Cənub Regional Mərkəzi tərəfindən həmin evlərdə yaşayan ailələrin müvəqqəti yaşaması üçün 3 ədəd çadır ev qurulub.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. "Lerik rayonunun Veri Əliabad kəndində yeni torpaq uçqunu, torpaq sürüşməsi baş verməyib". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, Lerik rayonunun Veri Əliabad kəndindəki sürüşmə ocağında potensial sürüşmə zonası var:

"Bu ərazidə zaman-zaman torpaq qatında yerdəyişmə müşahidə olunur. Dünən "Lerik rayonunun Veri Əliabad kəndində yeni torpaq sürüşməsi qeydə alındığı barədə məlumatlar isə həqiqətə uyğun deyil. Sadəcə olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) bu ərazidə çadır quraşdırıb. Amma orada yeni sürüşmə hadisəsi qeydə alınmayıb".

Qeyd edək ki, dünən mətbuatda Lerik rayonunun Veri Əliabad kəndində yeni torpaq sürüşməsi baş verdiyi, nəticədə kənddə yerləşən 3 ədəd fərdi yaşayış evinin istismarı üçün ciddi təhlükə yarandığı barədə məlumat yayılmışdı. FHN-in yaydığı xəbərə görə, mütəxəssislərin verdiyi rəyə əsasən, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürüşmə zonasında yerləşən evlərdə yaşayan ailələrin təhlükəsiz əraziyə köçürülməsi zərurəti yaranıb. FHN-in Cənub Regional Mərkəzi tərəfindən həmin evlərdə yaşayan ailələrin müvəqqəti yaşaması üçün 3 ədəd çadır ev qurulub.

Əsas mövzular