15:52 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
XƏBƏRLƏR
Qısa URL
18 0 0

Futbol azarkeşləri paytaxtda keçiriləcək oyunlara müvafiq prosedurlara riayət etmək şərti ilə tamaşa edə biləcəklər.

BAKI, 8 aprel — Sputnik, Teymur Tuşiyev. AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyununun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş buraxılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və yerli təşkilat komitəsinin birgə iclasında qəbul olunub. Bildirilir ki, qərar qəbul olunarkən UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınıb.

Futbol azarkeşləri COVID-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə oyunlarda iştirak edə biləcəklər. Yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarının məhz hansı prosedurlara riayət etməli olması barədə məlumat daha sonra veriləcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumu 68700 nəfərdir. Bu isə o deməkdir ki, hər matçda arenaya 34350 azarkeş buraxıla bilər.

Onu da qeyd etmək lazımdır ki, matçların keçiriləcəyi digər şəhərlər arasında hələ ki, yalnız Rusiyanın Sankt-Peterburq şəhəri oyunlar zamanı ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçının buraxılacağına təminat verib. Bütün digər təşkilatçılar ya stadionlara daha az azarkeş buraxılacağına zəmanət verib, ya da hələ bu barədə öz qərarlarını açıqlamayıblar.

Bakıda "A" qrupu çərçivəsində İsveçrə və Uels, Türkiyə və Uels komandaları arasında görüşlər, həmçinin AVRO-2020-nin 1/4 final oyunlarından biri keçiriləcək.

Teqlər:
Bakı Olimpiya Stadionu, azarkeş, Bakı, AVRO-2020, UEFA

Əsas mövzular