Vaksinasiya növbəsi bu sahənin işçilərinə də çatdı - Tənəzzüldən çıxmaq yolunda ilk addım

© REUTERS / RODRIGO GARRIDOРесепшн отеля, фото из архива
Ресепшн отеля, фото из архива  - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
K.Quluzadənin sözlərinə görə, hotel sənayesində çalışanların koronavirus əleyhinə vaksin olunması ilə bağlı turizmin inkişaf etdiyi ölkələrin təcrübəsi öyrənilir və müzakirələr aparılır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Havaların isinməsi pandemiya dövründə istirahət məsələsəni gündəmə gətirib. Turizmin inkişaf etdiyi qardaş Türkiyədə artıq sahilyanı hotellərdə çalışanların peyvəndlənməsinə başlanılıb. Bu turizm mövsümünə hazırlıqla əlaqələndirilib. "İz.ru" mətbu orqanının yazdığı xəbərə görə, Türkiyədə Təhlükəsiz Turizm Proqramı çərçivəsində turizm sənayesində çalışan işçilərin koronavirüsa qarşı pulsuz peyvəndləməsinə başlanılıb. Bu barədə Türkiyənin Turizm Nazirliyi "Twitter"-də məlumat yayıb.

Вакцинация от коронавируса в Азербайджане  - Sputnik Azərbaycan, 1920, 07.04.2021
SƏHİYYƏ
Azərbaycanda nə qədər adam vaksin olunub: Son rəqəmlər açıqlandı

Orada qeyd olunub ki, xüsusi bir qeyd sistemi ilə peyvənd üçün qeydiyyatdan keçmək mümkündür. Xidmətdən nazirlik tərəfindən sertifikatlaşdırılmış açıq yaşayış yerləri, yeyinti və içki müəssisələri, turizm şirkətlərinin işçiləri, turizm nəqliyyatının bələdçiləri və sürücüləri istifadə edə biləcəklər. Eyni zamanda, turizm müəssisələrinin işçilərinin peyvəndlənməsi üçün xüsusi bir məlumat daxiletmə sistemi yaradılıb. Nazirlik peyvəndləmənin hazırda açıq olan hotellərin  işçiləri ilə başlayacağını qeyd edib. Bundan əlavə, Türkiyə 15 aprel tarixindən etibarən turistlər üçün məcburi PCR testlərini ləğv etməyi planlaşdırır, lakin bu, ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq. Hələ ki, Türkiyə rəhbərliyi Antalya və Bodrum da daxil olmaqla, böyük şəhərlərdə və bir çox əhalinin sıx olduğu vilayətlərdə məhdudlaşdırıcı tədbirləri ləğv etmək niyyətində deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə açıqlamasında bu cür qapanma tədbirlərinin də məhz turizm mövsümünə hazırlıq məqsədi daşıdığını söyləyib.

Sputnik Azərbaycan ölkəmizdə peyvəndləmənin turizmə təsirini araşdırıb.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hotelçilərin vaksinasiyası məsələsi hazırda Agentlikdə müzakirə olunur. K.Quluzadənin sözlərinə görə, hotel sənayesində çalışanların koronavirus əleyhinə vaksin olunması ilə bağlı turizmin inkişaf etdiyi ölkələrin təcrübəsi öyrənilir və müzakirələr aparılır.

Охотник, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.03.2021
CƏMİYYƏT
Azərbaycanda ov turizmi: DİN və ETSN birlikdə ərəb turistlərin öhdəsindən gəlməli idi

Azərbaycan Turizm Bürosundan isə bildirdilər ki, Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotelçilik sənayesinin nümayəndələri postpandemiya dövrünə hazırlıq tədbirləri dünən müzakirə olunub: "Aprelin 7-də Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotelçilik sənayesinin nümayəndələri üçün prioritet bazarlardan olan turistlərin hotelçilik sənayesindən gözləntiləri barəsində vebinar təşkil olunub. Vebinarda sənaye nümayəndələrinə Avropa, MDB, Yaxın Şərq regionlarından, Çin və Hindistandan olan turistlərin səyahət və təhlükəsizlik qaydaları ilə bağlı tələbləri və gözləntiləri barəsində məlumat verilib. Onlayn tədbirdə, həmçinin qeyd olunan regionlarda pandemiya ilə əlaqədar vəziyyət, vaksinasiyanın aparılması səviyyəsi, hava limanlarından istifadə etməyə dair yeni qaydalar, Azərbaycanın təhlükəsiz turizm destinasiyası kimi cari mövqeyi, turistlərin pandemiya dövründə daha çox diqqət yetirdiyi məqamlar haqqında təqdimatlar edilib. Tədbirdə iştirakçılar Azərbaycan Turizm Bürosu tərəfindən pandemiya dövründə aparılan onlayn marketinq və təbliğat siyasəti, postpandemiya dövrünə hazırlıq tədbirləri barəsində məlumatlandırılıblar".

"DAİR" Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm sahəsində çalışanların vaksinasiyası vacibdir. O bildirir ki, ölkəmizdə risk qrupu kateqoriyasına aid şəxslərin vaksinasiyası aparılıb: "Turizm sahəsində onlayn fəaliyyət mümkün deyil. Tur agentliklər fəaliyyətlərini onlayn sistemə qismən uyğunlaşdırsalar da, hotellərdə bu mümkün deyil. Qonaqpərvərlik sahəsində, restoranlarda da koronavirusa yoluxma riski böyükdür. Pandemiya dövründə turizm xidmət sahəsində fəaliyyəti tənzimləyən sənədlər də var. Hotelçilərin vaksinasiyasına gəlincə, məncə, biz hələ bu məsələdə gecikmişik. Çünki artıq havalar isinir. Ən azından daxili turizmin fəaliyyəti üçün bu sahədə çalışanların vaksinasiyası vacibdir".

Xəbər lenti
0