Ödəmə terminalları ilə bağlı daha bir problem - "Bəs bu gəlini gətirəndə baxmırdınız?"

© Sputnik / Murad OrujovДевушка пополняет баланс проездного на платежном терминале
Девушка пополняет баланс проездного на платежном терминале - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
Vətəndaşların sözlərinə görə, onlar ödəmə terminallarının yeni əsginasları qəbul etməməsi ilə bağlı cavabdeh şirkətlərə öz şikayətlərini bildiriblər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Azərbaycanda ödəmə terminallarının əksəriyyəti dövriyyəyə buraxılan yeni pul əsginaslarını qəbul etmir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında vətəndaşlar məlumat veriblər. Vətəndaşların sözlərinə görə, xüsusilə Bakıətrafı qəsəbələrdə yerləşən ödəmə terminalları yeni əsginasları qəbul etmir.

Vətəndaş Fəxriyyə Kazımova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Abşeron rayonu, Masazır kəndində fəaliyyət göstərən mağazaların birində mavi yanacaq üçün 5 manat ödəniş etmək istəsə də, "Milli Ön" ödəmə terminalı ödədiyi əsginası qəbul etməyib. Mağazada vətəndaşa bildiriblər ki, terminal yeni dövriyyəyə buraxılan əsginasları qəbul etmir. Vətəndaşlar "e-Manat" ödəmə terminalında da eyni problemlə üzləşdiklərini söyləyirlər. Onların sözlərinə görə, ödəmə terminalları yeni dövriyyəyə buraxılan i 1, 5 və 50 manatlıq yeni əsginasları qəbul etmir.

Квартирный вор, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.03.2021
Ödəmə terminalları və mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb

Qeyd edək ki, Azərbaycanda yeni pul əsginaslarının dövriyyəyə buraxılmasından bir neçə ay vaxt keçməsinə baxmayaraq, ödəmə terminallarının hələ  yeni pulları qəbul etməməsi sual doğurur. Vətəndaşlar bildirirlər ki, ödəmə terminallarının yeni əsginasları qəbul etməməsi üzündən onların ödəmələri gecikir, yeni əsginasları köhnə əsginaslara dəyişmək məcburiyyətində qalırlar.

Vətəndaşların sözlərinə görə, onlar ödəmə terminallarının yeni əsginasları qəbul etməməsi ilə bağlı cavabdeh şirkətlərə öz şikayətlərini bildiriblər. Şirkətlər isə yaxın zamanda ödəniş terminallarının yeni əsginaslara uyğunlaşdırılacağını bildiriblər. Amma hələ də problem öz həllini tapmayıb.

Sputnik Azərbaycan mövcud problemin səbəbini və nə vaxt öz həllini tapacağını araşdırıb.

Vətəndaşların daha çox istifadə etdiyi "Milli Ön" Müştəri Xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Milli Ön" ödəmə şəbəkəsində olan üç min terminaldan iki mini artıq yeni əsginasların qəbulu üçün yeni proqram təminatı ilə təchiz olunub. Yerdə qalan min terminala yeni proqramın yazılması işi davam edir.

Ü.Əfəndiyeva ödəmə terminallarının yeni əsginasları qəbul etməsi üçün proqram təminatı ilə təchiz olunmasının gecikməsini belə əsaslandırıb: "Səbəb pandemiyaya görə prosesin sürətində ləngimənin olmasıdır. Bundan əlavə, biz əsasən proqram təminatının yazılmasını daha çox istifadə edilən ödəmə terminallarına yönəltdik. Daha çox istifadə edilən terminallar seçildi, priotet onlara verildi. Sırf pandemiya ilə əlaqədar əməkdaşların işə cəlb olunma cədvəlində də dəyişiklər müəyyən ləngimələrə səbəb oldu. Əməkdaşlarımız sırasında koronavirus infeksiyasına yoluxanlar da vardı. Ona görə biz onların iş cədvəlində müəyyən dəyişiklik etmək məcburiyyətində qaldıq. Amma təbii ki, şirkətimiz əhalinin tələbatını hər zaman öndə tutur, tez bir zamanda yerdə qalan min terminalın da proqram təchizatı üçün çalışır. Bu gün də bizim texniki xidmət iş başındadır".

Банка с деньгами, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.12.2020
YAZARLAR
Uğurlu sahibkarın arsenalı: xırda pul, POS terminal, şirin söz, gülərüz ifadə

Ü.Əfəndiyeva onu da bildirdi ki, yeni əsginasların qəbulu üçün proqram təminatı ilə təchiz olunmayan terminalların əsasən hansı ərazilərdə olduğunu söyləmək çətindir. Çünki siyahı hər gün yenilənir.

Ü.Əfəndiyeva bildirir ki, yeni əsginaslar dövriyyəyə buraxılarkən onları məlumatlandırmırlar. Onun sözlərinə görə, yeni əsginaslar dövriyyəyə buraxıldıqdan sonra bankların özlərinə məxsus bankomatlarda da yeni əsginaların qəbulunda problem yaranır: "Ona görə də də bankomatlarda, ödəmə terminallarında yeni pullar dövriyyəyə buraxıldıqdan sonra proqram təminatı yenilənməlidir. Bundan sonra fiziki olaraq bir-bir yeni proqram təminatı yüklənir, sonra testdən keçirilir. Ondan sonra yeni əsginasların qəbulu üçün əhalinin istifadəsinə verilir".

Xidmət rəhbəri deyir ki, bu təhlükəsizlik baxımından atılmış addımdır.

Əlaqə saxladığımız digər şirkətlərdən də ödəmə terminallarına hələ ki, proqram təminatının yazılması işinin tam yekunlaşmadığını bildirdilər.

“E-manat” ödəniş sisteminin qaynar xəttindən Sputnik Azərbaycan-a vətəndaşların şikayətdə haqlı olduqlarını bildiriblər. Qeyd olunub ki, “e-Manat” ödəniş sisteminin sistemə aid terminalların heç biri hələlik yeni əsginasları qəbul etmir: "Hələ ki, heç bir ödəmə terminalımız yeni pulları qəbul edə bilmir. Çünki yeni pulların qəbul edilməsi ilə üçün "e-Manat" ödəmə terminallarına proqram təminatı yazılmayıb. Hazırda bu istiqamətdə iş aparılır. Problemin nə vaxt həllini tapacağını deyə bilmərik".

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu problemin yaranma səbəbi Mərkəzi Bankla ödəmə şirkətləri arasında koordinasiyanın zəif olmasının nəticəsidir: "Mərkəzi Bankla ödəmə şirkətləri arasında koordinasiya olmalı, vaxtında terminallarına proqram təminatı yazılmalı idi. Hazırda bu problemdən əziyyət çəkən isə vətəndaşdır. Mən özüm də dəfələrlə görmüşəm ki, vətəndaşlar supermarketlərdə yeni əsginasları köhnə pula dəyşib ödəmə edirlər. Əslində bir neçə günə bu problemi həll etmək olardı".

N.Cəfərli deyir ki, hazırkı vəziyyətdə vətəndaşlar maxsimum kart vasitəsilə ödənişlərin edilməsindən yararlanmalıdırlar ki, problemlə üzləşməsinlər.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarına əsasən, 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.

Xəbər lenti
0