CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış tarzən dünyasını dəyişib

© Sputnik / Kemale AliyevaКонференция на тему "Азербайджанские национальные музыкальные инструменты: прошлое и настоящее"
Конференция на тему Азербайджанские национальные музыкальные инструменты: прошлое и настоящее - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
Quliyev rus və Avropa klassik musiqisini milli alətdə məharətlə ifa edən, tarın geniş texniki və bədii ifa imkanlarını aşkar edən, solo tar ifaçılığını müasir səviyyəyə qaldıran ilk peşəkar tarzəndir.

BAKI, 8 aprel — Sputnik. Əməkdar incəsənət xadimi, tanınmış tarzən Oqtay Quliyev vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, tarzən 83 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, O.Quliyev Milli Konservatoriyanın Xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq olub.

O, 1938-ci ildə Ağdamda dünyaya gəlib. 83 illik ömrünün 63 ilini elmi-pedaqoji fəaliyyətdə keçirən Oqtay Quliyev tar ixtisası üzrə bəstəkar Səid Rüstəmovdan sonra professor adı alan ikinci sənətkardır. Sənətkar 19 yaşında Azərbaycan musiqisini uğurla təmsil etdiyi üçün Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. O.Quliyev SSRİ və Ümumdünya miqyaslı musiqi festivallarında iştirak edən və yüksək qələbə qazanaraq, qızıl medala, beynəlxalq festival laureatı adına layiq görülən ilk tar ifaçısıdır.

Quliyev rus və Avropa klassik musiqisini milli alətdə məharətlə ifa edən, tarın geniş texniki və bədii ifa imkanlarını aşkar edən, solo tar ifaçılığını müasir səviyyəyə qaldıran ilk peşəkar tarzəndir. 1960-cı ildə Hindistan Gənclər Federasiyasının dəvəti ilə Lütfiyar İmanovla birlikdə bu ölkəyə dəvət alır. 36 gün ərzində Hindistanın on beş ştatında solo konsertlər verir, Hindistan ictimaiyyətini Azərbaycan tarı, muğamları və bəstəkar əsərləri ilə tanış edir. Beləliklə, bu səfəri ilə tarzənin adı Azərbaycan tarı ilə xaricə qastrola gedən ilk tar ifaçısı kimi tarixə düşür.

Xəbər lenti
0