SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğlu Yerevana mesaj göndərdi – Bunu etsəniz...

© © Turkish Foreign Ministry via AP, PoolМинистр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива
Министр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
"Bu, bölgədə sabitliklə yanaşı önəmli layihələrin həyata keçirilməsi baxımından da fürsətdir. Münasibətlərin normallaşması baxımından önümüzdə bir fürsət var".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. "Küveytli həmkarım Ahmed Nasır El-Muhammed El-Sabah ilə Dağlıq Qarabağ, Qafqaz və Mərkəzi Asiyadakı hadisələrə dair fikir mübadiləsi apardıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri mövlud Çavuşoğlu bildirib.

"Qarabağdakı atəşkəs önəmli bir fürsətdir. Bölgədə sabitliklə yanaşı önəmli layihələrin həyata keçirilməsi baxımından da fürsətdir. Münasibətlərin normallaşması baxımından önümüzdə bir fürsət var. Ermənistan da bunları müsbət dəyərləndirərsə, gələcəkdə Cənubi Qafqazda sabitlik və sülh bölgəsi ola bilər".

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0