16:36 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
22 0 0

"Təəssüf ki, mətbuatda yazdılar ki, guya Azər müəllim danışa bilmir. Bunu araşdırmadan necə verə bilərlər?"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Xalq artisti Azər Zeynalov açıq ürək əməliyyatı olunub. Bu barədə Sputnik Azərbaycan-a müğənninin həyat yoldaşı məlumat verib: "Azər müəllim martın 10-da infarkt keçirdi. Növbəti gün Bakıdakı özəl klinikaların birində ürəyinə müvəqqəti stent qoyuldu və əməliyyat məsləhət görüldü. Əməliyyata üç həftə hazırlıq işləri görüldü, analizlər verdi. Aprelin 2-si Respublika Müalicəvi Diaqnostika Mərkəzində açıq ürək əməliyyatı oldu, 4 damarını dəyişdilər. Hazırda xəstəxanada müalicəsi davam edir, vəziyyəti yaxşıdır. Evə nə vaxt buraxılacağı məlum deyil".

Xalq artistinin xanımı mətbuatda yayılan Zeynalovun danışa bilməməsi ilə bağlı xəbərlərin yalan olduğunu söyləyib: "Təəssüf ki, mətbuatda yazdılar ki, guya Azər müəllim danışa bilmir. Bunu araşdırmadan necə verə bilərlər? Səhhətində hər şey qaydasındadır, danışa bilir. Sadəcə olaraq həkim deyir ki, ona həyəcanlanmaq olmaz, ona görə də telefondan istifadə etməyə icazə vermir".

Əsas mövzular