16:15 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
54 0 0

"Barı onların da COVID virusu səbəbindən öldüklərini yazın ki, Bill Qeyts əminizlə İlon Mask xalanız daha çox sevsin sizi".

BAKI, 8 aprel — Sputnik. Türkiyəli müğənni Murad Kəkilli koronavirusa inanmadığını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sənətçi "Twitter" hesabında yazıb: "Koronavirus yalanına inanmıram. İnananlara da hörmətim var. Kim nəyə inanmaq istəyirsə, buyursun. Əngəl olan yoxdur".

Məşhur müğənni daha bir paylaşımında "27 nəfər musiqiçi COVID-19 yalanına görə intihar edib. Elə dostlarımız var idi ki, koronavirusa görə işsiz qaldıqlarına görə intihar etdilər. Barı onların da COVID virusu səbəbindən öldüklərini yazın ki, Bill Qeyts əminizlə İlon Mask xalanız daha çox sevsin sizi", - deyə o, rişxəndlə qeyd edib.

Əsas mövzular