Xırdalanda itən qadın Türkiyədə tapıldı

© AR Ministry of Internal AffairsЗдание Министерства Внутренних Дел Азербайджанской Республики
Здание Министерства Внутренних Дел Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
DİN-in məlumatına görə, aparılan araşdırma nəticəsində 10 yaşlı bir uşaq anası olan Cəmilə Əliyevanın 1 aprel tarixində Türkiyəyə getdiyi dəqiqləşdirilib.

BAKI, 7 aprel - Sputnik. Xırdalan şəhərində itkin düşən 30 yaşlı Əliyeva Cəmilə Telman qızının Türkiyədə olduğu məlum olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, aparılan araşdırma nəticəsində C.Əliyevanın 1 aprel tarixində Türkiyəyə getdiyi dəqiqləşdirilib.

Qeyd edək ki, ötən gün Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşdüyü barədə məlumat yayılıb. Qızın bacısının mediaya verdiyi açıqlamaya görə, hadisə 6 gün əvvəl qeydə alınıb.

Cəmilənin itkin düşməsi, öldürülməsi və ya başına hansı hadisənin gəldiyi barədə heç bir məlumatlarının olmadığını qeyd edən bacısı, onun itkin düşdüyündən kürəkəni vasitəsilə xəbər tutduqlarını deyib.

"Həyat yoldaşı 6 gün əvvəl bizə zəng edib deyib ki, səhər yuxudan oyananda Cəmilənin evdə olmadığını görüb. Bundan sonra Cəmilənin axtarışına başlasaq da, hələ ki, onun haqqında heç bir məlumat əldə edə bilməmişik. Onun 10 yaşında bir oğlu da var. Hadisədən öncə həyat yoldaşı ilə aralarında baş verən münaqişə zamanı Cəmilənin telefonu qırılıb", - deyə bacısı bildirib. 

Cəmiləni axtarıb tapa bilməyən ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib.

Xəbər lenti
0