Türkiyədə Ərdoğanı devirmək istəyənlərə hökm oxundu

© AP Photo / Petros KaradjiasЛюди на главной площади Стамбула, Таксим
Люди на главной площади Стамбула, Таксим - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
Ankara 19-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Prezident Mühafizə Alayında xidmət etmiş əsgərlər də daxil olmaqla, 102 nəfərə bəraət verildi.

BAKI, 7 aprel — Sputnik. 2016-cı il iyulun 15-də Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı Prezident Mühafizə Alayında baş verən hadisələrdə iştirak etmiş 497 müttəhimin məhkəmə qarşısına çıxarıldığı proses yekunlaşıb. Ankara 19-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm elan olunub.

Türkiyənin NTV kanalının xəbərinə görə, məhkəmədə hökmü açıqlayan hakim Murat İlhan 19 müttəhimdən 16-sının "konstitusional quruluşu pozma" ittihamı ilə ömürlük həbs cəzasına məhkum edildiyini bildirib. 3 müttəhim isə "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 7 il 6 aydan 15 ilə kimi həbs cəzasına məhkum olunub.

Bundan başqa, dövlət çevrilişinə cəhd zamanı Prezident Mühafizə Alayında xidmət edən 108 müttəhimdən altısı "konstitusiya quruluşunu pozmağa cəhd göstərənlərə yardım etmə" ittihamı ilə 6 il 3 aydan 15 ilə qədər həbs cəzasına məhkum edilib. Əsgərlər də daxil olmaqla, 102 müttəhim isə bəraət alıb.

TRT binasına basqın edən 141 şübhəlidən keçmiş (rütbəsi əlindən alınmış) polkovnik Muhammed Tanju Poshor, keçmiş leytenantlar Ümit Gençer və Ekrem İşık, keçmiş mayor Anıl Aktaş "konstitusional quruluşu pozduqlarına" görə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.

Qeyd edək ki, Muhammed Tanju Poshor, həmçinin "Prezidentə sui-qəsd" ittihamı ilə ayrıca mühakimə olunub və ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

 

Xəbər lenti
0