CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metropoliteni aylardır işləmir, bəs işçiləri nə edir?

© Photo : Mehherem MedzhidovВ Бакинском метро
В Бакинском метро - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
"Pandemiya ilə əlaqədar "Bakı Metropoliteni"də ixtisar olmayıb. Çünki metropoliten hər zaman hərəkətə hazır olmalıdır. Metropolitenin normativ sənədinə görə, işçilərin müəyyən hazırlıq səivyyəsi olmalıdır" - B.Məmmədov.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. "Nazilər Kabinetinin qərarlarına uyğun olaraq optimal iş təmin olunur. Çünki metropoliten elə bir sahədir ki, hər kəsi evə göndərib işi məsafədən idarə etmək mümkün deyil. O sahələr ki, evdən işləməlidir, bu təmin olunur. O sahələrdə ki, işçilər yaşa görə karantində olmalıdır, o da təmin olunur".

"Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov bu barədə Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, metropoliten işçilərin sağlamlığı ilə bağlı bütün məsələlər ən optimal səviyyədə qurulub: "Bundan başqa, işçilər arasında növbəlilik də təmin olunub. metropoliten elə bir sahədədir ki, burada işçinin dəyəri daha yüksəkdir. Peşəkar mütəxəssislər illərlə yetişdirilir", - deyə o əlavə edib.

B.Məmmədov bildirib ki, sərnişin olmasa da mərkəzləşmə məntəqə növbətçisinin daimi işi var: "Hər gün optimal hazırlıq səviyyəsinin qorunması üçün hansısa işlər görülür. Hərəkətin təşkili üzrə sahənin işçiləri bu tələblərə uyğun işə çıxırlar. Pandemiya ilə əlaqədar "Bakı Metropoliteni"ndə ixtisar olmayıb. Çünki metropoliten hər zaman hərəkətə hazır olmalıdır. Metropolitenin normativ sənədinə görə, işçilərin müəyyən hazırlıq səviyyəsi olmalıdır. Yəni, kadrların hazırlığı da xüsusi diqqət mərkəzindədir".

"Martda qatarlar şənbə-bazar günləri gündə bir neçə dəfə olmaqla adi iş rejimi vəziyyətində olduğu kimi işə salındı, yoxlanıldı", - deyə B.Məmmədov əlavə edib. 

Xəbər lenti
0