13:14 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
XƏBƏRLƏR
Qısa URL
30 0 0

Mingəçevirdə əsən güclü külək şəhərdə bir neçə ünvanda ağacları aşırıb, dam örtüklərini sıradan çıxarıb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Gecə saatlarından güclənən külək Mingəçevirdə fəsadlar törədib. Sputnik Azərbaycan xəbər verir ki, şəhərin M.F.Axundov küçəsi 15 ünvanında yerləşən 2 mərtəbəli binanın dam örtüyünü eyvanın üzərinə aşırıb. Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, küçədə hərəkət edənlər üçün təhlükəli vəziyyət yaranıb. Şəhər sakini Zahid Qasımlı bildirib ki, qəfildən güclənən külək şəhərdə bir neçə ünvanda fəsad törədib:

  • Mingəçevirdə küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
1 / 2
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə küləyin fəsadları

"Dünən gecədən güclü külək oldu. Küləyin fəsadları şəhərin bir neçə yerində göründü. Bəzi yerlərdə dam örtüyünü aparıb, ağacların budaqları qırılıb, eyvanların üstü uçub, bir neçəsinə ziyan dəyib. Bu təbii fəlakətdir, onun nəticələri tezliklə aradan qaldırılacaq."

Mingəçevirdə küləyin yaratdığı fəsadlar adiyyatı qurumlar tərəfindən aradan qaldırılır. M.F.Axundzadə küçəsində eyvanında təhlükə yaranan binanın ətrafı lentlənib. Yolun həmin hissəsində insanların hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Əsas mövzular