Paşinyan Rusiyadan yeni qırıcılar almaq niyyətindədir

© Sputnik / Valery Melnikov / Mediabanka keçidСтрой "тактическое крыло" из истребителей Су-30СМ, Су-35С и бомбардировщиков Су-34 на воздушном параде Победы в Москве
Строй тактическое крыло из истребителей Су-30СМ, Су-35С и бомбардировщиков Су-34 на воздушном параде Победы в Москве - Sputnik Azərbaycan, 1920, 06.04.2021
Abunə olmaq
Paşinyan qeyd edib ki, Yerevan Ermənistana tədarük olunan silahların Rusiya Silahlı Qüvvələri üçün tədarük olunan xüsusiyyətlərdə olacağına inanır.

BAKI, 6 aprel — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun ölkəsi Rusiya istehsalı olan silahların, xüsusi ilə "Su-30SM" qırıcıların alınmasında olduqca maraqlıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Rusiya mediasına müsahibəsində bildirib.

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü öncəsi siyasətçi qeyd edib ki, Ermənistan Rusiya ilə geniş və uzunmüddətli hərbi-texniki əməkdaşlığa istiqamətlənib. O qeyd edib ki, bu, ölkələr arasında uzunmüddətli strateji maraqlardan irəli gəlir.

Paşinyan qeyd edib ki, Yerevan Ermənistana tədarük olunan silahların Rusiya Silahlı Qüvvələri üçün tədarük olunan xüsusiyyətlərdə olacağına inanır.

"Su-30SM"-lərin alınmasına gəldikdə, Paşinyan bu sualı müsbət cavablandırıb. O bildirib ki, bu təyyarələrin alınması həm Ermənistan-Rusiya ikitərəfli sənədlərində, həm də Ermənistan Silahlı Qüvvələrinin inkişafı proqramında nəzərdə tutulub.

Erməni lider qeyd edib ki, iyunun 20-də növbədənkənar parlament seçkilərinin nəticələri Rusiya Federasiyası ilə əlaqələrin xarakterinə təsir etməyəcək.

Xəbər lenti
0