TƏBİB koronavirus xəstələrinə müraciət etdi

© AP Photo / Sue OgrockiТаблетки, фото из архива
Таблетки, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.04.2021
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb

BAKI, 6 aprel — Sputnik. TƏBİB COVID-19 xəstəliyinin yanlış müalicəsi ilə bağlı xəbərdarlıq edib. Sputnik Azərbaycan-a TƏBİB-dən daxil olan məlumatda bildirilir:

Son dövrlər ayrı-ayrı şəxslər tərəfindən COVID-19 xəstələrinə yanlış tövsiyələr verildiyinə və müalicənin doğru aparılmadığı hallarına rast gəlinir. Xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir. Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də vətəndaşların fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik.

https://its.gov.az/files/9/Yetkin_shexslerin_mualicesi_protokol.pdf

https://its.gov.az/files/9/koaqulopatiya_03122020.pdf

Xəbər lenti
0