Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gürcüstandakı Azərbaycan teatrı yeni premyeralara hazırlaşır

© © Photo: Tbilisi Azerbaijan State Drama Theater named after Heydar AliyevНа сцене Тбилисского государственного азербайджанского драматического театра имени Гейдара Алиева
На сцене Тбилисского государственного азербайджанского драматического театра имени Гейдара Алиева - Sputnik Azərbaycan, 1920, 05.04.2021
Abunə olmaq
Bütün tamaşalar karantin normalarına riayət edilməklə nümayiş olunacaq. Yəni sosial məsafə qorunacaq, tamaşaçıların temperaturu yoxlanacaq, ən əsası isə, bütün tamaşaçılar maskada olacaqlar.

BAKI, 5 aprel — Sputnik. Kəmalə Əliyeva. Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrı bir illik fasilədən sonra yenidən qapılarını tamaşaçıların üzünə açıb. Teatrın bədii rəhbəri, rejissor Turqay Vəlizadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, teatr tezliklə tamaşaçıları yeni premyeralarla sevindirəcək.

Xatırladaq ki, cari ilin aprelin 1-də Gürcüstanda bütün teatrların fəaliyyəti bərpa olunub. Bütün teatr kollektivləri kimi, Azərbaycan teatrının da kollektivi COVID-19 pandemiyası və onunla bağlı məhdudiyyətlərdən irəli gələn bir çox çətinlikləri dəf etməli olub.

© © Photo: Tbilisi Azerbaijan State Drama Theater named after Heydar Aliyev
Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında səhnə - Sputnik Azərbaycan
1/3
Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında səhnə
© © Photo: Tbilisi Azerbaijan State Drama Theater named after Heydar Aliyev
Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında səhnə - Sputnik Azərbaycan
2/3

3/3

"Onlayn tamaşalar canlı teatrla müqayisə oluna bilməz. Teatr tamaşaları canlı nümayiş olunmalıdır. Teatr kinodan onunla fərqlənir ki, burada tamaşaçı aktyorla canlı ünsiyyətdə olur. Hətta səhnədə arxası tamaşaçıya dayansaq belə biz publikanın həyəcanını, heyrətini hiss edirik. Bütün bunlar onlayn formatda tamaşalar zamanı mümkün deyil. Teatrların bağlanması ilə barışmaq artistlər üçün çətindir. Çünki onlar evdə oturmağa deyil, hərəkətdə olmağa öyrəşiblər", - deyə Vəlizadə bildirib.

Hazırda kollektiv tamaşalar göstərmir. Çünki hələ ötən il qoyulmuş, lakin tamaşaçılara nümayiş olunmamış tamaşaları bərpa etmək lazımdır. Tamaşaların dəqiq tarixləri hələ məlum deyil, amma onlar təqribən aprel ayında, karantin normalarına riayət edilməklə nümayiş olunacaq. Yəni sosial məsafə qorunacaq, tamaşaçıların temperaturu yoxlanacaq, ən əsası isə, bütün tamaşaçılar maskada olacaqlar.

© © Photo: Tbilisi Azerbaijan State Drama Theater named after Heydar AliyevHeydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının kollektivi
Gürcüstandakı Azərbaycan teatrı yeni premyeralara hazırlaşır - Sputnik Azərbaycan, 1920, 05.04.2021
Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının kollektivi

"Karantin kollektivimizi təkcə səhnədə çıxış etmək imkanından deyil, həmçinin beynəlxalq qastrollardan da məhrum edib. Sonuncu dəfə qastrolda 2019-cu ilin sonunda olmuşuq. O zaman biz Qazaxıstanda və Ankarada keçirilən teatr festivallarında iştirak edirdik. Bütün qalan səyahətləri təxirə salmalı olduq. Məni rejissor kimi bir neçə xarici teatrlarda tamaşa qoymağa dəvət edirlər. Lakin hələ ki,bu işləri təxirə salmalı oluram. Kaş ki hər şey tezliklə normal vəziyyətə qayıtsın", - deyə Vəlizadə bildirib.

Qeyd edək ki, teatr rəhbərinin yeni tamaşa quruluşları və xarici qastrollarla bağlı çoxlu planları var. Bundan əlavə, bədii rəhbər həmçinin teatrda təmirlə bağlı problemlərin də həll olunacağına ümidvardır.

Xəbər lenti
0