16:40 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Kislovodskda saxlanılan şəxslə əlaqəsi olan və Suriyada terror strukturlarının maliyyələşdirilməsi kanalının təşkilində iştirak edən daha üç nəfər saxlanılıb.

BAKI, 5 aprel — Sputnik. Rusiyanın Kislovodsk şəhərində terror aktı planlaşdıran şəxs zərərsizləşdirilib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, saxlanılan şəxs kustar üsulla hazırlanan qurğu ilə hüquq mühafizə orqanları əməkdaşlarına hücum etməyi planlaşdırıb.

Saxlanılan şəxsin 1996-cı il təvəllüdlü, daha əvvəl məhkum olunmuş Rusiya vətəndaşı olduğu məlum olub.

Qeyd olunur ki, saxlanılan şəxsin evindən kustar üsulla partlayıcı qurğu hazırlamaq üçün komponentlər, partlayıcı maddələr, ekstremist ədəbiyyat aşkarlanıb.

Bundan əlavə, Kislovodskda saxlanılan şəxslə əlaqəsi olan və Suriyada terror strukturlarının maliyyələşdirilməsi kanalının təşkilində iştirak edən daha üç nəfər saxlanılıb.

Əsas mövzular