Hacıbala Abutalıbovun "sağ əli" korrupsiya ittihamı ilə həbs edildi

CC BY-SA 4.0 / Samral / Rasim QuliyevBakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xarici əlaqlər departamentinə sədri Rasim Quliyev
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xarici əlaqlər departamentinə sədri Rasim Quliyev - Sputnik Azərbaycan, 1920, 03.04.2021
Abunə olmaq
Yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan Rasim Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 3 aprel - Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Sputnik Azərbaycan Unikal-a istinadla xəbər verir ki, yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib. Bildirilib ki, R.Qulieyvin həbs ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Rasim Quliyev BŞİH-in sabiq başçısı Hacıbala Abutalıbovun vaxtında Xarici Əlaqələr Departamentinin sədri və sonra Aparat rəhbəri postunu tutub. O, eyni zamanda "Səs" qəzetinin baş redaktoru, Səs Media Qrupunun təsiscisi və rəhbəri Bəhruz Quliyevin qardaşıdır.  

Xəbər lenti
0